"Formula-1" Azərbaycan Qran-Prisi: Trasda dəyişikliklər və DRS zonaları

"Formula-1" Azərbaycan Qran-Prisi: Trasda dəyişikliklər və DRS zonaları
11:05 23 İyun 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" Azərbaycan Qran-Prisindən əvvəl Bakı trasında ötən illə müqayisədə maşınların sürətinin artması ilə bağlı dəyişikliklər barədə məlumat verib və iki müstəqil DRS zonasının yerini təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1, 2, 3, 5, 8 və 15-ci döngələrin təhlükəsizlik zonalarının baryerləri yerin genişləndirilməsinin təmin olunması üçün trasdan kənara çəkilib. 1, 3, 5, 7, 8 və 15-ci döngələrdə TecPro baryerlərinə əvvəlkilərin qarşısında qoyulmuş bloklar əlavə olunub.

Qəzadan sonra maşınların evakuasiyası üçün 7-ci və 8-ci döngələrin hasarında əlavə qapılar açılıb. Trasda iş başa çatandan sonra insanların gediş-gəlişini asanlaşdırmaq üçün keçidlər əlavə olunub. 13-cü və 19-cu döngələrin bayır tərəfində təhlükəsizlik baryerləri 34 metr uzadılıb.

Pilotlar 2 müstəqil DRS zonasında arxa əks-qanadın idarəetmə elementinin vəziyyətini dəyişə biləcəklər.

DRS zonalarından biri Neftçilər prospektində düz uzun yoldadır. Maşınlar arasında intervalın ölçmə nöqtəsi 20-ci döngənin apeksində yerləşir. Sistemi 347 metrdən sonra fəallaşdırmaq mümkün olacaq.

Digər DRS zonasının ölçmə nöqtəsi təhlükəsizlik maşınının ikinci xətti ilə üst-üstə düşür. Sistemdən ikinci döngədən 52 metr keçəndən sonra istifadə etmək olar.

Bu həftə sonu sürət məhdudiyyəti bir il əvvəl ilə müqayisədə yüksəkdir - saatda 80 kilometrdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR