Nazir: "Ərəb ölkələri indiyədək Qətərə qarşı hər hansı rəsmi iddia irəli sürməyiblər"

Nazir: "Ərəb ölkələri indiyədək Qətərə qarşı hər hansı rəsmi iddia irəli sürməyiblər"
11:17 23 İyun 2017
22 Dünya
Ölkə mətbuatı
A- A+

Qətər Türkiyənin ölkə ətrafındakı böhranın nizamlanması ilə bağlı mövqeyini yüksək qiymətləndirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani deyib.

O qeyd edib ki, rəsmi Ankara ilk gündən ərəb ölkələri ilə Qətər arasında yaranan böhranın həlli üçün dialoqun tərəfdarıdır.

Nazir bildirib ki, Qətər böhranının həlli üçün onun səbəbini bilmək lazımdır:

"Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri indiyədək Qətərə qarşı hər hansı rəsmi iddia irəli sürməyiblər".

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR