“Unibank” plastik kartının PİN kodunu unudan müştərilərinin işini asanlaşdırıb

“Unibank” plastik kartının PİN kodunu unudan müştərilərinin işini asanlaşdırıb
11:32 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Bundan sonra “Unibank” ASC-nin plastik kart müştəriləri PİN kodlarını unutduqda yeni kart sifariş etməli və yaxud gözləməli olmayacaqlar.
Bankdan “Report”a verilən məlumata görə, yeni PİN kod almaq artıq bir neçə saniyəyə mümkündür.
“PIN kodunu unudan və yaxud onu sadəcə yenisi ilə əvəz etmək istəyənlər “Unibank”ın istənilən filiallında POS-terminal vasitəsilə özünə tam təhlükəsiz yeni PİN kod təyin edə bilər”, - deyə məlumatda qeyd edilib.
Hazırda 100 minlərlə şəxs “Unibank” kartlarının istifadəçisidir. Bankın kartlarının üstünlüyü müştərilərin tələbatına uyğunlaşdırılmasıdır. Hər bir müştəri öz tələbatına uyğun kart seçə bilər. Bankın bütün əmək haqqı kartları, eləcə də “ALBALI PLUS” kredit və “ALBALI PLUS” debet kartları “cashback” funksiyalıdır. “Cashback” layihəsinə qoşulan “Unibank 2kartları indiyədək öz müştərilərinə 75 min manatdan çox vəsait (“cashback”) qazandırıb.
18 yaşdan yuxarı istənilən şəxs şəxsiyyət vəsiqəsi ilə banka müraciət edərək, “Unibank”ın debet kartına sahib ola bilər. Bunu etmək isə çox asandır. Müştərilərə smartfonlarına və yaxud planşetlərinə “Unibank Mobile” yükləyə (http://onelink.to/ffdbwf) və bir neçə toxunuşla istədiyi kartı sifariş edə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın (1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan “Unibank” ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti “Unibank”ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Maliyyə qurumu 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibank-plastik-kartinin-pi-n-kodunu-unudan-musterilerinin-isini-asanlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR