Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Kosta-Rika XİN rəhbəri Manuel Qonsales Sans ilə görüşüb.
"Report" Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş təkbətək və geniş tərkibli formatda keçirilib.
Görüşdə tərəflər Azərbaycan və Kosta-Rika arasında ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini, eləcə də bir sıra aktual beynəlxalq və regional məsələləri müzakirə ediblər.