Rusiyadan SENSASİYALI ADDIM - FOTO

Rusiyadan SENSASİYALI ADDIM - FOTO
11:53 23 İyun 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Rus hakerləri Britaniya nazirlərinin, diplomatlarının, deputatlarının, hüquq mühafizə orqanları əməkdaşlarının elektron ünvanlarını və parollarını əldə edərək rusdilli internet-meydanlarında satırlar.

Publika.az xəbər verir ki, Kibertəhlükəsizlik Milli Mərkəzin (Böyük Britaniyanın kiberhücumlardan müdafiəsi ilə məşğul olur) məlumatına görə, parollar əsasən Linkedın və Myspace kimi saytlardan oğurlanıb.

Oğurlanmış məlumatlarla bağlı Mərkəzin təqdim etdiyi İki nəhəng siyahının tərkibində 7 min polis əməkdaşı və Xarici İşlər Nazirliyinin 1000 nəfərdən çox işçisi, o cümlədən, parlament əməkdaşlarının özəl məlumatları yer alıb”.

“Times”ın məlumatına görə, zərərçəkmişlər arasında energetika, biznes və sənaye strategiyası məsələləri üzrə nazir Qreq Klark və təhsil naziri Castin Qrininqin də adı var. Onlar hələlik mediaya heç bir açıqlama verməyiblər.

Qeyd edilir ki, britaniyalı məmurlarının parolları və məlumatların qorunması çox dayanıqsızdır, siyahıda hətta baş polis inspektoru Endi Redvudun da adı hallanır.

“Günahkar təbii ki özləridir, çünki Briyaniya polislərinin əsas parolları “police”, “password” və “police1”dir”, - deyə qəzet yazır.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR