“Formula-1”: Azərbaycan Qran-prisində sürpriz

“Formula-1”: Azərbaycan Qran-prisində sürpriz
12:09 23 İyun 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda “Formula-1” üzrə keçirilən Azərbaycan Qran-prisində sürpriz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu, iyunun 22-də pit yolunda gəzinti zamanı yaşanıb.
 
Belə ki, Qraham Barker adlı ingiltərəli fanat “Mercedes” komandasının boksunda bolidin ön tərəfinə üzük salaraq, rəfiqəsi Viktoriya Uilliamsa evlilik təklif edib. Qarşı tərəf isə onun istəyini müsbət qarşılayıb.
 
Maraqlıdı ki, “Formula-1” həvəskarı bunu Luis Hamiltonun avtomobili önündə edib.
 
Qeyd edək ki, bu planın baş tutmasında bir neçə həvəskar Barkerə yardımçı olub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR