Məşhur aktyor Trampı öldürməklə hədələdi

Məşhur aktyor Trampı öldürməklə hədələdi
12:32 23 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur amerikalı aktyor Conni Depp ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinin ölümü ilə nəticələnə biləcəyini deyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Böyük Britaniyada Qlastonberi rok-festivalında çıxış edən aktyor ABŞ-ın keçmiş prezidenti Avraam Linkolnun da bir aktyor tərəfindən öldürüldüyünü qeyd edib.

C.Depp deyib: "Axırıncı dəfə bir aktyor nə vaxt prezident öldürüb? Məncə, artıq bunun vaxtıdır".

Qeyd edək ki, ötən il aktyor Robert de Niro da D.Trampın sifətinə yumruq vurmaq istəyini səsləndirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR