"15 manata götürməliydim, eşitdim tutublar" - Narkotik satan müəllim saxlanıldı - VİDEO - FOTO

"15 manata götürməliydim, eşitdim tutublar" - Narkotik satan müəllim saxlanıldı - VİDEO - FOTO
12:57 23 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən Rayon Polis Şöbəsinə 50 yaşlı Fikrət Bəhramovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə məlumat daxil olub.

Milli.Az ARB TV-ə istinadən xəbər verir ki, əməliyyat tədbirləri keçirən polis əməkdaşları çox keçməyib ki, rayon sakinini yaşadığı ünvanın yaxınlığında saxlayıblar. Onun üzərinə baxış keçirilən zaman məlumatın doğru olduğu üzə çıxıb.

Daşkəsən Rayon Uşaq Musiqi Məktəbində qarmon üzrə dərs deyən müəllim Fikrət Bəhramov ilkin ifadəsi zamanı üzərindən aşkarlanan marixuananı yol kənarında tapdığını deyib. O, polisləri inandırmağa çalışıb ki, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlayırmış.

Fikrət Bəhramov - saxlanılan şəxs: "Mən yol qırağından sellofanı tapmışdım. Özüm istifadə etmək üçün götürmüşdüm. Evdən çıxarkən polis əməkdaşları saxladılar".

Ancaq müəllimin polisi yanıltma cəhdi özünü doğrultmayıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Bəhramovun üzərindən aşkarlanan narkotik vasitəyə müştəri çıxan rayon sakini 46 yaşlı Daşqın Əliyev də saxlanılıb.

Daşqın Əliyev - saxlanılan şəxs: "Zəngləşdik, bir saatdan sonra görüşməliydim. 15 manat verib, bir büküm şey götürməliydim. Çayçının yanında gözləyirdim. Bir də eşitdim ki, Fikrəti polislər aparıb".

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"15 manata götürməliydim, eşitdim tutublar" - Narkotik satan müəllim saxlanıldı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/557018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR