“Vətən” beynəlxalq turnirdə iştirak edib

“Vətən” beynəlxalq turnirdə iştirak edib
13:47 23 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

“Vətən” futbol məktəbinin U-10 komandası həmin yaş üzrə Avstriyanın paytaxtı Vyanada keçirilən uşaqlar arasında dünyanın ən böyük futbol yarışı - “Champions trophy 2017” turnirinin final mərhələsində iştirak edib.


Fanat.Az xəbər verir ki, 1000 komandanın qatıldığı turnirin final mərhələsində, hər qrupda 8 olmaqla 16 qrupa bölünən iştirakçılar çempionluq uğrunda mübarizə aparıb. 128 seçmə heyətin gərgin mübarizəsi 3 mərhələdə davam edib.


A qrupunda yer alan “Vətən” keçirdiyi 7 oyundan (3 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə) 10 xal toplayaraq mübarizəni 3 və 4-cülər arasında davam etdirib. Burada da uğurla yarışan Azərbaycan komandası üçüncü yeri tutub. Yekun mərhələdə 3-cü yerlər uğrunda yarışan (8 komanda arasında) “Vətən” ən yaxşı nəticə göstərib.


Ümumilikdə “Vətən” turnirdə 8 ölkədən (Avstriya, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Çexiya, Sloveniya, Xorvatiya, Rumıniya) 13 komanda ilə qarşılaşıb.


Turnirin qalibi isə İngiltərənin “Çelsi” klubunun U-10 komandası olub. Portuqaliya “Benfika”sı 2-ci, İtaliya “Yuventus”u üçüncü yeri tutublar. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vtn-beynlxalq-turnird-itirak-edib-t58866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR