Braziliyalılar "Barselona"dan narazıdırlar

Braziliyalılar "Barselona"dan narazıdırlar
13:52 23 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

"Santos" klubu FİFA-ya müraciət etməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Braziliya təmsilçisi "Barselona"nın transfer fəaliyyətindən narazıdı.

İspaniya nəhənginin yarımmüdafiəçi Lukas Lima ilə anlaşması braziliyalıların narazılığına səbəb olub. Məsələ burasındadı ki, 2017-ci il, dekabrın 31-də "Santos"la müqavilə müddəti başa çatacaq Lima artıq "Barselona" ilə 5 illik müqaviləni razılaşdırıb və gələn ildən kataloniyalıların formasını geyinəcək. Lakin FİFA-nın reqlamentinə görə, "Barsa" iyulun 1-dək 27 yaşlı futbolçu ilə anlaşa bilməz. "Santos" rəhbərliyi də göstərilən vaxtdan 10 gün tez davranan ispanların cəzalanması üçün ali futbol qurumuna müraciət edəcək.
 
Qeyd edək ki, 2013-cü ildə Neymarın transferi zamanı da "Santos"la "Barselona" arasında problem yaranmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR