“DJ” maşın qaçırdı - Bakıda

“DJ” maşın qaçırdı - Bakıda
13:58 23 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 22-də Bakı şəhər sakini Mehdi Əliyevə məxsus maşın oğurlanıb. Əvvəlki gecə içkili olduğundan özünə məxsus "Daevoo" markalı avtomobilini evinin yaxınlığında saxlayan, açarı da götürməyi unudaraq evinə gedən M.Əliyev səhər maşınını həmin yerdə tapmayıb.

DİN-in "Təhlükəsiz Şəhər" Xidmətinin texniki imkanları ilə maşının Səbail rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinə müvafiq məlumat ötürülüb. Yol polisləri qaçırılmış maşını Səbail rayonunun T.Əliyarbəyov küçəsində saxlanıldığını aşkar edərək onu 22-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər.

Əməliyyatçılar maşını qaçıran şəxsin həmin ərazinin yaxınlığındakı gecə klublarından birində "DJ" işləyən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Maksimovu tutublar. O, gecə vaxtı həmin ərazidən keçərkən maşının qapısının açıq vəziyyətdə, açarının da üstündə olduğunu görərək bu əməli törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR