POLKOVNİK: "Son dərəcə diqqətli olmalıyıq"

Ermənistan tərəfi Azərbaycan barəsində dezinformasiyalar yaymaqda davam edir. Yayılan xəbərdə Azərbaycan tərəfinin hücuma keçməsi və itki verməsi barədə yalan məlumatlar verilib.

Azərbaycanın Müdafiə Nazirliyi ordumuzun itki verməsi haqda Ermənistan KİV-lərində yayılan məlumatlara münasibət bildirib. Bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.

Bununla bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ermənilər acınaqcaqlı durumdan çıxmaq üçün bu cür dezinformasiyalar yayırlar:

“Bu informasiya çox gülünc və absurddur. Mən o dezinformasiyaları oxudum və onlara yazıqlığım gəldi. Nə qədər ağılsız, ağıldan kəm olasan ki, yayılan bu cür məlumata inanasan. Guya azərbaycanlılar silahları atır, meyitləri götürüb qaçırlar. Yaxşı, bunlar panik vəziyyətdə meyit və yaralıları necə götürürlər? Necə olur ki, o meyitlərdən birini erməni ordusu ələ keçirə bilmir? Bir sözlə, Azərbaycanın uğuru onlara rahatlıq vermir. Azərbaycanın əldə etdiyi nailiyyətlər Ermənistanı məyus edir. Bu gün Bakıda “Formula 1” yarışları start götürür. Eyni zamanda, gələn il Azərbaycanda keçiriləcək hərbi parad və silahlı qüvvələrin 100 illiyi ilə əlaqədar yeni bir medalın təsdiqinə hazırlaşılır. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilər çox hoqqadan çıxacaqlar. Ermənilərin narahatçılığı artır. Bu gündən etibarən onlar dezinformasiyaların sayını artıracaqlar. Bu səbəblə, son dərəcə ehtiyyatlı olmaq lazımdır. Çünki bu düşməndir.

Son dərəcə diqqətli olmalıyıq!

Bəzən sosial şəbəklərdə bəzi gənclərimiz düşünmədən bəzi məlumatları paylaşırlar. Düşmənə mətbuatda dərc olunan yazılarla bizi vurmağa imkan verməyək. Silahlı Qüvvələrin yaranması gününə 3 gün qalıb. İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələrinin 99-cü ildönümü qeyd olunacaq. Amma düşmən heç cürə rahatlaşmaq bilmir. Onlar Azərbaycan ordusunu gözdən salmaq üçün ən xırda detallardan istifadə edir. Bu səbələ diqqətli olmalıyıq”.

CƏBHƏDƏ SON VƏZİYYƏT: Polkovnik az öncə açıqladı... - "Bizim əsgərlərimiz..."

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR