Şimali Koreyanın gövdə nümayişi ABŞ-ı QARIŞDIRDI

Şimali Koreyanın gövdə nümayişi ABŞ-ı QARIŞDIRDI
14:28 23 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Beynəlxalq miqyasda etirazlara baxmayaraq Şimali Koreya qitələrarası nüvə başlıqlı raket istehsalını təkmilləşdirmək üçün sınaqlarına davam edir.

Publika.az xəbər verir ki, Şimali Koreyanın nüvə silahı proqramı ilə bağlı mövzunun Donald Trampın rəhbərliyi ilə hökumətin gündəminə gətirilməsi gərginliyin yüksəlməsinə səbəb olub.

Bəzi informasiya agentliklərinə açıqlama verən ABŞ rəsmiləri Şimali Koreyanın ABŞ-a çatmaq üçün cümə axşamı qitələrarası yeni balistik raket sınaqları həyata keçirdiyini açıqlayıb.

Şimali Koreyada istehsal edilən bu raketlər ABŞ-ın hərbi bazasının yerləşdiyi Cənubi Koreyanı və Yaponiyanı vura biləcək gücdədir.

Lakin Şimali Koreyanın ABŞ-ın sahib olduğu qitələrarası ballistik raket kompleksinin hazırlanması texnologiyasında hansı mərhələdə olduğuna dair dəqiq məlumat yoxdur.

ABŞ-ın Xarici İşlər Naziri Reks Tillerson ötən gün çıxışında Çin regiondakı gərginliklərin qarşısını almaq istəyirsə, "Pxenyana diplomatik təzyiqləri artırmalıdır", - deyib.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya böhranını diplomatik yollarla həll etməyə çalışdığını desə də, çox böyük bir müharibənin mümkünlüyünü də vurğulamışdı.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR