Formulada daha bir qəza - FOTO

Formulada daha bir qəza - FOTO
14:32 23 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü zamanı qəza baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, "Force İndia"nın pilotu Serxio Peresin bolidi səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb. Zərbənin gücündən bolidin sağ arxa təkəri qopub. Pilot bolidi tərk edikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar. Bolidin trassdan götürülməsi üçün kran gətirilib. 

Qeyd edək ki, buna qədər Serxio Peres birinci döngədə xoşagəlməz halla üzləşib. Onun idarə etdiyi boldin tormuzu bloklandığı üçün trassın kənarına çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR