Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Almaniyada görüşlər keçirib

Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Almaniyada görüşlər keçirib
14:36 23 İyun 2017
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan hökuməti tərəfindən namizədliyi BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə irəli sürülmüş Polad Bülbüloğlu 21-23 iyun 2017-ci il tarixlərində Almaniyada səfərdə olub.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər P.Bülbüloğlunun YUNESKO ilə bağlı proqramının Almaniyada tanıdılmasına yönəlib.

Səfər çərçivəsində P.Bülbüloğlu Almaniyanın Federal Xarici İşlər Nazirliyində YUNESKO üzrə məsul olan dövlət naziri Maria Bömer, eləcə də xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndə Haydrun Tempel, Bundestaqın deputatları, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrents və onun müavini Yohannes Kars, Federal Kansler Administrasiyasında Orta, Cənub-Şərqi və Şərqi Avropa, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə şöbənin müdiri Knut Abraham və Qlobal Məsələlər, BMT və İnkişaf Siyasəti şöbəsinin müdiri Matias Lixartsla görüşlər keçirib.

Görüşlər zamanı P.Bülbüloğlu YUNESKO-nun gələcək fəaliyyətinə dair baxışları haqqında qarşı tərəfə məlumat verib, baş direktor seçiləcəyi təqdirdə prioritet və təkliflərini sadalayıb.

Eyni zamanda, Almaniya tərəfinin YUNESKO məsələlərinə dair yanaşması barədə fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2770101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR