AMB-nin depozit hərracında gəlirlik 9 aylıq minimuma düşüb

AMB-nin depozit hərracında gəlirlik 9 aylıq minimuma düşüb
14:42 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 1,97 faiz bəndi azalaraq 10,04% təşkil edib. Faiz dərəcəsi cari il mayın 12-dən etibarən 12,01%-ə enib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
İlin əvvəlindən isə faiz dərəcəsində 4,76 faiz bəndi azalma qeydə alınıb. Ötən ilin sentyabrın 19-da baş tutmuş depozit hərracında orta ölçülmüş faiz dərəcəsi 9,49%-dən 14,85%-ə yüksəlib. Beləliklə, faiz dərəcəsi 9 aylıq minimuma düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-nin-depozit-herracinda-gelirlik-9-ayliq-minimuma-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR