Çempionlar Liqasının oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub

Çempionlar Liqasının oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub
14:52 23 İyun 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Norveç "Rusenborq"u ilə İrlandiya "Dandolk"u arasında keçiriləcək cavab görüşü azərbaycanlı hakimlər briqadasına həvalə olunub. 
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, oyun iyulun 18-i və ya 19-da keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinin-oyunu-azerbaycanli-hakimler-briqadasina-hevale-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR