Ermənistan Dağlıq Qarabağı narkotik plantasiyalarına çevirir - Bölgədə ikinci Əfqanıstan

Ermənistan Dağlıq Qarabağı narkotik plantasiyalarına çevirir - Bölgədə ikinci Əfqanıstan
14:52 23 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın işğal etdiyi Azərbaycan torpağı Dağlıq Qarabağı terror təşkilatlarının yuvasına, narkotik plantasiyalarına çevirməklə bölgədə ikinci bir Əfqanıstan yaradıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu bəyanatla Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey çıxış edib.

O, həm siyasi, həm də iqtisadi cəhətdən məhvə uğrayan Ermənistan rəhbərliyinin ölkə iqtisadiyyatını narkotik yetişdirməklə və xaricdəki terror hadisələrindən gələn qazancla düzəltməyə çalışdığını bildirib. O, qeyd edib ki, Ermənistan tərəfindən işğal edilən Qarabağ bütün dünya üçün gerçək bir təhlükə bölgəsinə çevrilib.

Gülbey həmçinin qeyd edib ki, bu gün nəzarətsiz bölgə olan Dağlıq Qarabağ terrorçu qrupların yetişdirilməsi üçün məkana çevrilib: "Terrorçular və narkotik ticarəti ən çox nəzarətsiz bölgələrdə inkişaf edir. Qarabağdan bütün dünyaya ağ ölüm təhlükəsinin yayılması həqiqəti inkar edilə bilməz. Ermənistanın dünyaya ağ ölüm ixracını bütün dünya yaxın zamanda qəbul edəcək. Ermənistan bölgədə terrorçu, cinayət, narkotik və silah ticarəti edən bir ölkəyə çevrilib. Azərbaycan, Türkiyə və İran kəşfiyyat orqanlarının araşdırmaları və hesabatlarda narkotik alverçiləri və terrorçuların bu gün istifadə etdikləri ən təhlükəsiz yol Ermənistan üzərindən keçən yoldur. Bu ticarət marşrutu Əfqanıstan, İran, Qarabağ, Ermənistan və Rusiya şəklində aparılır. Ermənistan və separatçı Qarabağ rəhbərliyi narkotik ticarətini birbaşa himayə edirlər. Azərbaycan rəsmiləri dəfələrlər Qarabağ torpaqlarının qaçaq dərman və narkotik ticarətinin məkanı olduğunu ifadə etmişlər. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu mövzuya ikili standartlarla yanaşırlar", - deyə G. Gülbey bildirib..

O, vurğulayıb ki, beynəlxalq təşkilatlar öz mənfəətləri üçün Dağlıq Qarabağda narkotik ticarətinin və terrorizmin qarşısını almağa səy göstərmir. Ermənistan tərəfindən işğal edilən Qarabağ və 7 bölgənin torpaqlarında milli və beynəlxalq nəzarətin həyata keçirilməməsi, bu nəzarətsiz bölgədə narkotik istehsalı və daşınması yalnız Azərbaycan üçün deyil, insanlıq üçün təhdiddir. Bölgədə "ikinci Əfqanıstan" rolunu yerinə gətirən Dağlıq Qarabağ torpaqlarının bu istiqamətdə istifadə edilməsinə prioritet səbəb isə idarəsiz qalması və Ermənistan rəhbərliyinin oynadığı roldur.

Gülbey qeyd edib ki, məşhur "Wikileaks" nəşrinin məlumata görə, Dağlıq Qarabağın nəzarətsiz ərazilərindən narkotik maddə daşınmasında Ermənistan hökuməti, siyasi liderləri və köhnə baş nazir Köçəryanın da payı var: "Hər il Qarabağ bölgəsindən daşınan narkotikdən əldə edilən gəlirin bir qismi Köçəryana verilir. Eyni zamanda vurğulanır ki, hazırda İrandan Avropaya daşınan narkotik maddələrin böyük bir qismi Ermənistan və onun işğal etdiyi Dağlıq Qarabağ üzərindən edilir. Ağ evə məlumat ötrən amerikalı diplomatlar Dağlıq Qarabağdakı narkotik plantasiyalarının başında kimlərin durduğunuda açıqlayıblar. Yayımlanan məlumata görə, Ermənistanın yüksək səviyyəli məmurları daxil olmaqla prezident Serj Sarkisyanın qardaşının birbaşa rəhbərliyi altında Qarabağdan və İrandan gətirilən narkotik maddələr Rusiya bazarlarına oradan da Erməni lobbisi vasitəsilə Avropaya daşınır. "Armenia Today" portalının bir müddət əvvəl yaydığı xəbərə görə, Ermənistanda əhali çətin vəziyyətdə yaşadığı üçün narkotik və insan ticarətinə geniş yer verilir və bu işlər dövlət səviyyəsində reallaşdırılır", - deyə ASİMDER sədri vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/557062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR