Formula 1 yarışlarında birinci sərbəst yürüşün NƏTİCƏLƏRİ məlum oldu

Formula 1 yarışlarında birinci sərbəst yürüşün NƏTİCƏLƏRİ məlum oldu
14:57 23 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən Formula 1 yarışlarında birinci sərbəst yürüşü "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen lider başa vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o 1:44.410 dəqiqə nəticə göstərib

Digər "Red Bull" pilotu Daniel Rikkardo (1:44.880) ikinci, Ferrari pilotu Sebastyan Fettel (1:44.967) üçüncü nəticə göstərib.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR