Qapını açanı QİÇS-ə yoluxdururlar?

Son günlər Mərdəkan qəsəbəsində səyyar həkimlərin evlərə gələrək şəkər yoxlanışı adı ilə QİÇS xəstəliyi yayması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Metbuat.az-a açıqlamasında deyib: “İndiki zəmanədə kim tanımadığı adama qapı açar? Ara-sıra belə yazılar yayılır, düzü insanların bunu nə məqsədlə etdiyini bilmirəm. Söylənənlər tamamilə şayiədir. Biz də araşdırma aparmışıq, belə bir hal yoxdur”.

Aysel Yaqubqızı / Metbuat.az

(Nikaha daxil olmaq istəyən 203 nəfərdə QİÇS aşkarlanıb)

(Cari ildə 108 nəfər İİV-ə, 31 nəfər isə QİÇS-ə yoluxub - DƏHŞƏTLİ STATİSTİKA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR