Azərbaycanda inanılmaz EVLİLİK TƏKLİFİ...

"Formula-1" üzrə "Mercedes-AMG" komandasının azarkeşi Bakıda öz sevgilisinə maraqlı evlilik təklif edib.

Məlumata əsasən adıçəkilən komandanın azarkeşi Qreyham Barker pit-leyn gəzintisi zamanı sevgilisini "Mercedes"in qarajına Luis Hemiltonun bolidinə baxmağa dəvət edib.

Q. Barkerin sevgilisi Viktoriya bolidə baxanda avtomaşının üzərində üzük görüb. Daha sonra Viktoriya Barkerin evlilik təklifinə "Hə" deyib.

"Mercedes-AMG" komandası öz fanatına dəstək olaraq planı gerçəkləşiməsinə kömək edib. Bununla əlaqədar komanda "Twitter" səhifəsində təbrik paylaşımı edib: “Şanslı qız "Hə" dedi!”. //Oxu.az

Avropa çempionumuz açıq dərs keçəcək


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR