Xuraman: "Elnarə məni bu mövzuda "bağlayar""

Xuraman: "Elnarə məni bu mövzuda "bağlayar""
15:22 23 İyun 2017
124 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xuraman Şuşalı "Hər şey daxil" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı 3 il səhnədən uzaq qalmasının səbəbindən danışıb: 

"3 il efirə çıxırdım, amma mahnı oxumurdum. Yəqin ki, imanım onda güclü idi, oxumaq istəmirdim. Başımı bağlayandan sonra xına evi açdım. Özümə bir komanda düzəltdim. Bu gün də içkisiz məclislərdə, qadın toylarında çıxış edirəm". 

Xuraman ərinin istəyi ilə hicaba keçməsi xəbərlərinin yalan olduğunu deyib: 

"2010-cu ildə ailə qurmuşam, 2013-cü ildə isə başımı bağlamışam. Çox adam elə bilir ki, həyat yoldaşıma görə başımı bağlamışam. Amma bu, belə deyil. Başımı özüm istəyərək bağlamışam. Əgər onun istəyi ilə bağlamış olsaydım, onun xətrimə dəyən hər hansı sözündən sonra başımı aça bilərdim. Amma bunu özüm istəmişəm". 

3 uşaq anası olan müğənni hələlik 4-cü övlad barədə düşünmədiyini deyib. O, zarafatla həmkarı, 4 uşaq anası Elnarə Xəlilova ilə bəhsə girə bilməyəcəyini də bildirib: 

"Elnarə ilə bəhsə girə bilmərəm. O, məni bu mövzuda "bağlayar". Allah olmayanlara qismət eləsin, mənə 3 bəsdir. 2 oğlum, bir qızım var. Qismətdirsə 4-cü də olacaq". 

Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçinlə ailəlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/557081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR