Braziliya klubu "Barselona"dan FİFA-ya şikayət edəcək

Braziliya klubu "Barselona"dan FİFA-ya şikayət edəcək
15:32 23 İyun 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyanın "Santos" klubu "Barselona"dan FİFA-ya şikayət edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunun səbəbi katalonların 26 yaşlı yarımmüdafiəçi Lukas Lima ilə 5 illik müqaviləni razılaşdırmasıdır. Lima 2017-ci il 31 dekabrda azad agent olacaq. Nizamnaməyə görə başqa klubun futbolçusu ilə birbaşa danışıqlara müqaviləsinin bitməsinə yalnız 6 ay qalmış başlamağa icazə verilir. Lukas Limanın müqaviləsinə isə iyulun 1-dən 6 ay qalacaq. "Santos" İspaniya nəhənginin reqlamenti pozduğunu iddia edir. Braziliya klubu sözügedən futbolçunun yalnız 10% transfer hüququna malikdir. Bu hüquqların 80%-i "Doyen" investisiya firması, 10%-i isə bir iş adamına məxsusdur. Klublar arasında transfer məsələsi ilə əlaqədar əvvəl də narazılıq olmuşdu. Bu, 2013-cü ildə Neymarın katalon klubuna keçməsi zamanı baş vermişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR