Vatsapdan möhtəşəm YENİLİK

Vatsapdan möhtəşəm YENİLİK
16:13 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Minyonlarla istifadəçisi olan Vatsap proqramı daha bir yeniliyə imza atdı.

Publika.az xəbər verir ki, istifadəçilər artıq rahat bir şəkildə istənilən formatda olan faylları paylaşa biləcəklər.

Göndərilə biləcək faylların bütün özəllikləri hələlik bəlli olmasa da, fayl ölçülərinin müəyyən qədər kiçildilməsi nəzərdə tutulur: “İOS” istifadəçiləri 128 MB,

“Android” istifadəçiləri isə 100 MB ölçüsündə fayl göndərə biləcəklər.

Hazırda test edilən yenilik yaxın zamanlarda dövrəyə buraxılacaq və istifadəçilər proqramı yeniləməklə daha geniş funksiyalara sahib bir mesajlaşma platformasına sahib olacaqlar.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/203741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR