"Ferma"-da saxtakarlıq olub?

"Mən şəxsən belə halla qarşılaşmamışam".

Bu sözləri "Ferma" şousunun keçmiş iştirakçısı Səma Cəlalova verilişdə saxtakarlıq iddiaları haqda Metbuat.az-a danışarkən deyib:

"Xeyir, bu iddialar doğru deyil, heç bir saxtakarlıq olmayıb. Yalandan necə deyim ki, olub?! Amma qalmaqallar var idi. Qalmaqalsız heç bir realit şou olmur. İnsan evdə doğmaları ilə belə dalaşır. Qaldı ki, 12 nəfər fərqli insan bir evdə yaşaya..."

Səma Cəlalova eyni zamanda yeni çəkildiyi serial haqda da məlumat verib:

""Çətin hədəf" - yeni bir seriala çəkilirəm. Serialda aktrisa kimi iştirak etməklə yanaşı, həm də reklam meneceri və prodüserəm. Mən 5-ci seriyadan etibarən seriala daxil olacağam. Rolumu isə hələki açıqlamıram. İstəyirəm ki, tamaşaçılara sürpriz olsun".

Azərbaycanın ən qalmaqallı verilişi bağlandı

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR