Ross Braun: "Formula 1 yarışlarının formatı dəyişdirilə bilər"

Ross Braun: "Formula 1 yarışlarının formatı dəyişdirilə bilər"
16:17 23 İyun 2017
18 İdman
Ölkə mətbuatı
A- A+

"Formula 1 yarışlarının formatı dəyişdirilə bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda mətbuat konfransında yarışların idman direktoru Ross Braun deyib.

Onun sözlərinə görə, bu addım yarışların populyarlığını artırmaq məqsədilə atıla bilər.

Bundan başqa, R.Braun qeyd edib ki, yarışlarda iştirak edən komandaların sayı artırıla bilər.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR