Bakıda avtobus xətti dəyişdirildi

11 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.

Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a verilən məlumata görə, bu marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Nemətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək.

Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində yollarına davam edəcəklər.

Həmçinin 38 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək:

Bu marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməklə, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq.

Bundan başqa, 71 nömrəli marşrut xətti üzrə avtobuslar da sabahdan bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək:

Metronun “Azadlıq prospekti” stansiyasından “Baksol yolu” adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə Koroğlu metrostansiyasına hərəkət edəcək.

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR