Bu avtobusların hərəkət sxemi dəyişir

Bu avtobusların hərəkət sxemi dəyişir
16:48 23 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar sabahdan etibarən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 11 nömrəli marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Neymətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək. Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

38 nömrəli marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməklə, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq.

71 nömrəli marşrut xətti üzrə metronun “Azadlıq prospekti” stansiyasından “Baksol yolu” adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə Koroğlu metrostansiyasına hərəkət edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/203749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR