Böyürtkən çayının faydaları

Böyürtkən həzm sistemi başda olmaqla ürəyin sağlamlığını qoruyan, xərçənglə mübarizə aparan məhsullar arasındadır.

Metbuat.az xəbər verir ki, böyürtkəndən hazırlanan çay orqanizm üçün olduqca faydalıdır. Böyürtkən çayını hazırlamağın müxtəlif yolları var. Ən çox istifadə olunanı isə böyürtkən yarpaqlarından hazırlanandır. Qurudulmuş 2 çay qaşığı böyürtkən yarpağını bir stəkan çay hazırlamaq üçün istifadə edə bilərsiniz. Suyu qaynatdıqdan sonra ocaqdan alın və böyürtkən yarpaqlarını atıb 5-10 dəqiqə dəmlənməsini gözləyin.

Çayın faydaları nələrdir?

İmmunitet sistemini gücləndirir, ürəyin sağlamlığını qoruyur. Varisin müalicəsinə yardımçı olur. Boğaz ağrısını alır. Xərçəngə qarşı qoruyur.

Böyürtkən çayı ishala qarşı təsirlidir, ancaq həddindən artıq istifadə edildiyi zaman mədə problemlərinəvə qusmağa səbəb ola bilər. Mütəxəssislər deyir ki, qaraciyər problemi olan insanların böyürtkən çayı içməsi məsləhət görülmür.

Qeyd edək ki, hamiləlik və əmizdirmə dönəmində əks təsirləri bilinmədiyindən mütləq həkimlə məsləhətləşməkdə fayda var.

Aysel Yaqubqızı / Metbuat.az

(İsti limonlu suyun bu faydası var - Möcüzədir)

(İmmunitet sistemini gücləndirir, çox faydalıdır - XALQ TƏBABƏTİ)

(Qadınlarda sümük əriməsinin müalicəsi - XALQ TƏBABƏTİ)

(Mədə ağrısı zamanı nə etməli? - XALQ TƏBABƏTİ)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR