"Məşhurlar və övladları" adlı konsert proqramı keçiriləcək

"Məşhurlar və övladları" adlı konsert proqramı keçiriləcək
16:57 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir.

Milli.Az xəbər verir ki, "Məşhurlar və övladları" adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq.

İlk dəfə keçiriləcək layihədə Respublikanın Xalq artistləri Şahnaz Haşımova - oğlu Tural Abdullayev, Gülyaz Məmmədova - oğlu Ramazan Şərifzadə, Ramiz Novruz - oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova - qızı Mehri Əsədullayeva, Əməkdar İncəsənət xadimi Aqil Məlikov - oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova - qızı Çilənay Bədəlova, Teyyub Aslanov - oğlu Nicat Aslanov, Elza Seyidcahan - oğlu Ələkbər Qasımov, Aşıq Ulduz - qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova - oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov - oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov - qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu - oğlu Ayxan Şirinov, Rəna Talıbova - oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

Layihənin xüsusi qonaqları qismində Xalq artisti Faiq Ağayev, Əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov (meyxana) çıxış edəcəklər.

Saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/557094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR