“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası iyulun 27-də keçiriləcək

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası iyulun 27-də keçiriləcək
17:07 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən IV iclası yekunlaşıb.
“Report”un məlumatına görə, kreditorlar növbəti iclasın iyulun 27-də, saat 15:00-da keçirilməsinə qərar veriblər.
Komitənin sədri Əkrəm Həsənov bildirib ki, növbəti iclasda Bankla bağlı ölkə rəhbərliyinə müraciət razılaşdırıla bilər: “Amma bu müddətdə dövlət qurumlarına göndərdiyimiz müraciətlərə nə cür reaksiya verilməsinə baxacaq, bundan sonra lazım olsa ölkə prezidentinə müraciət edəcəyik”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-standard-in-kreditorlar-komitesinin-novbeti-iclasi-iyulun-27-de-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR