Formula 2 yarışlarında sıralama turu başa çatıb

Formula 2 yarışlarında sıralama turu başa çatıb
17:15 23 İyun 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

“Prema Racing” komandasının pilotu Şarl Leklerk Formula 2 yarışlarında sıralama turunda ən yaxşı nəticəni göstərib.

Trend-in məlumatına görə, o, 1:52.129 dəqiqə nəticə ilə birinci olub.

İkinci nəticəni “ART Grand Prix” pilotu Nobuharu Matsusito (1:52.697), üçüncü nəticəni “Dams” pilotu Nikolas Latifi (1:52.865) göstərib.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2770212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR