Azərbaycanda "Skype"la videozəng hamı üçün mümkün olacaq? - RƏSMİ CAVAB

Azərbaycanda "Skype"la videozəng hamı üçün mümkün olacaq? -  RƏSMİ CAVAB
17:57 23 İyun 2017
19 Ölkə
Ölkə mətbuatı
A- A+

""Windows" əməliyyat sistemi ilə çalışan mobil qurğuların sahibləri "Skype" videozəng servisindən əvvəlki kimi istifadə edə biləcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Microsoft Azerbaijan"ın rəhbəri Sərxan Həşimov gələn aydan etibarən "Skype"ın bir sıra qurğularda işləməyəcəyi barədə yayılan informasiyaya münasibət bildirərkən deyib.

S.Həşimovun sözlərinə görə, "Skype" xidmətlərinin bütün imkanlarından istifadə etmək üçün proqramın ən son versiyasını yükləmək lazımdır.

Qeyd edək ki, daha əvvəl "Microsoft" istifadəçilərə bildiriş göndərərək 2017-ci il iyul ayının 1-dən etibarən "Skype"ın bir sıra qurğularda işləməyəcəyi barədə xəbardarlıq etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR