Qar şimal-qərb bölgəsində problemlər yaradıb

Qar şimal-qərb bölgəsində problemlər yaradıb
13:37 8 Yanvar 2015
198 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün respublikanın əksər rayonları kimi, şimal-qərb bölgəsinə də qar yağıb. Qar yağması isə əsasən, avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb. Xüsusən də Muğanlı - İsmayıllı magistralında qar və külək səbəbindən müəyyən çətinliklər yaşanıb. 10 saylı İsmayıllı Yol İstismar İdarəsindən verilən məlumata görə, əraziyə 30 işçi qüvvəsi və 2 qreyder cəlb edilib. Ümumilikdə bölgənin bəzi rayonlarında qarın qalınlığı 15-20 sm-ə çatıb. Səhər saatlarından etibarən qarın yağması intensivləşib. Qarın ən çox yağdığı rayonlardan biri də Qaxdır. Rayonun İlisu və Sarıbaş kəndlərinə 15-20 sm qar yağıb. Eləcə də, İsmayıllıda qarın qalınlığı 10-15 sm, Qəbələdə isə 3 sm təşkil edir. Şəkinin bəzi ərazilərinə isə 5-10 sm qar yağıb. Qarın yağmasıyla piyadaların və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, səhər saatlarında Şəkinin M.F.Axundov küçəsində yolun sürüşkən olması səbəbindən qəza baş verib. Opel markalı avtomobil yolun kənarındakı arxa düşüb. Hadisədə xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib. Havaların soyuması və magistral yolların buz bağlaması səbəbindən bəzi sərnişinlər uzaq səfərlərini təxirə salıb. Avtovağzallarda sərnişin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Nəticədə bir çox avtobuslar xəttə çıxmayıb. Odur ki, sürücülər diqqətli olmalıdırlar. Əsasən, hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə edilməsi məsləhətdir. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun yaydığı məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti yanvarın 10-dək davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR