Azərbaycanlı aktyorlar festivala yola düşür

Azərbaycanlı aktyorlar festivala yola düşür
18:32 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 89-cu teatr mövsümünün son Beynəlxalq festivalına getməyə hazırlaşır.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyun ayının 27-dən - iyulun 3-dək kollektiv Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV "Dostluq çələngi" adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək. Sözügedən beynəlxalq festivalda ölkəmiz Patrik Züskindin "Kontrabas" mono-tamaşası ilə təmsil olunacaq.

Festival Belarus Respublikası Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu ilki festival Bobruysk şəhərinin 630 illiyi və 2017-ci ilin "Mədəniyyət paytaxtı" elan edilməsinə həsr olunur.

26 ölkənin teatr kollektivinin iştirak edəcəyi festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.

Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

Məlumat üçün bildirək ki, "Kontrabas" tamaşası bir çox beynəlxalq festivalların qalibi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/557082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR