Formula 1 üzrə Azərbaycan Qran Prisində üçüncü qəza baş verib

Formula 1 üzrə Azərbaycan Qran Prisində üçüncü qəza baş verib
18:47 23 İyun 2017
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisində üçüncü qəza baş verib. “Report”un məlumatına görə, hazırda davam edən ikinci sərbəst yürüş zamanı “Red Bull” komandasının pilotu Maks Ferstappen idarəetməni itirərək, bolidini səddə vurub.
Nəticədə pilot əzilmiş maşınını tərk edib və yarışı davam etdirə bilməyib. Onun bolidi kran vasitəsi ilə ərazidən götürülüb.
Qeyd edək ki, daha əvvəl "Renault"un pilotu Colion Palmerin və "Force İndia"nın pilotu Serxio Peresin bolidi Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-uzre-azerbaycan-qran-prisinde-ucuncu-qeza-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR