“Standard Insurance”in iki rəhbər şəxsi işdən çıxıb

“Standard Insurance”in iki rəhbər şəxsi işdən çıxıb
19:02 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ “Standard Insurance” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədr müavini Rəfail Çəndirli və Maliyyə Departamentinin direktoru Faiq Quliyev işdən çıxıb.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
Məlumata görə, onların yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% "AB Standard" QSC-yə məxsusdur. 
"Standard Insurance" 2016-cı ili 6 mln. manata yaxın xalis zərərlə başa vurub və hazırda maliyyə çətinlikləri yaşayır. Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi nəzarəti altındadır və Palata ona kapitalını artırmaq üçün bu ayına sonuna qədər vaxt verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/standard-insurance-in-iki-vezifeli-sexsi-isden-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR