Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub
19:12 23 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışına həsr olunan mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni ifa olunub. Mərasimdə məruzə ilə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən fəaliyyətlərdən danışıb və məzunları təbrik edərək onlara uğurlar diləyib. 
Məzunlar adından polkovnik Eldar Abdullayev və polkovnik-leytenant Rüstəm Cavadov çıxış edərək yaş kötüyünə xatirə lövhələrini vurublar.
Tədbirin sonunda məzunlarla xatirə şəkli çəkilib.







Xəbərin orijinal ünvanı: https://report.az/herbi/silahli-quvvelerin-herbi-akademiyasinda-buraxilis-merasimi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR