Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi keçirilib -

İyunun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışına həsr olunan mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni ifa olunub.

Mərasimdə məruzə ilə çıxış edən akademiyanın rəisi, general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən fəaliyyətlərdən danışıb və məzunları təbrik edərək onlara uğurlar diləyib. Məzunlar adından polkovnik Eldar Abdullayev və polkovnik-leytenant Rüstəm Cavadov çıxış edərək yaş kötüyünə xatirə lövhələrini vurublar.

Tədbirin sonunda məzunlarla xatirə şəkli çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR