Yaponiya hökuməti terrorçulara qoşulan yaponu vətəndaşlıqdan çıxardı

Yaponiya hökuməti terrorçulara qoşulan yaponu vətəndaşlıqdan çıxardı
19:22 23 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya hökuməti terrorçu PKK qruplaşmasının Suriydakı qolu olan "PYD"yə qoşulan "Reşid Yaponiya" kod adlı yaponu vətəndaşlıqdan çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hökumət bu addımı həmin şəxsin terrorçularla birlikdə videosu yayılandan sonra atıb.

Məlumata görə, Almaniya, Hollandiya, Fransa və Avstriya başda olmaqla bir sıra Avropa dövlətləri terrorçu PKK və onun Suriyadakı qolları olan "YPG" və "PYD"yə havadar çıxır. Həmin ölkələrdə terrorçuların Türkiyəyə qarşı təbliğat aparmasına icazə verilir, onların başçılarını dövlət başçıları iqamətgahlarında qarşılayırlar. 

İnformasiyaya əsasən, Fransanın keçmiş prezidenti Fransua Olland Yelisey sarayında terrorçu "PYD" başçısı Salih Müslimi qəbul edib. Türkiyən NATO-dakı müttəfiqi ABŞ isə İŞİD-ə qarşı mübarizə adı altında "YPG" və "PYD"ni silahlandırır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR