Çağlanın ərindən etiraf: "Evləndikdən sonra..."

Çağlanın ərindən etiraf: "Evləndikdən sonra..."
19:27 23 İyun 2017
226 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Emre Altuğ boşandığı həyat yoldaşı Çağla Şikeldən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı Çağla ilə ayrılma səbəbini açıqlayıb: 

"İnstaqramda hələ də bizi barışdırmağa çalışanlar var, bunu etməsinlər... Evləndikdən sonra heç bir iş görmədim. Müğənnilik sektorundan geri çəkildim. Uşağımız olsun istəyirdik, oldu. Çağla düşündüyümdən də yaxşı ana oldu. Karyeramla bağlı ondan heç vaxt əngəl görmədim.

Evdə oturmağa qərar verdim. Ancaq bir müddət sonra gördüm ki, bu, məni narahat edir. Karyeramla məşğul olmadığım üçün həmişə özümü günahkar bilmişəm. Çağla ilə eyni küçədə qalırıq. Onları tək qoya bilmərəm. 10 il az müddət deyil". 

Qeyd edək ki, Emre Altuğla Çağla Şikelin 2 oğlu var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/557135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR