Niderlandlı pilot Formula 1 yarışlarının ikinci sərbəst yürüşündə ən yaxşı nəticə göstərdi

Niderlandlı pilot Formula 1 yarışlarının ikinci sərbəst yürüşündə ən yaxşı nəticə göstərdi
19:42 23 İyun 2017
23 Dünya
Ölkə mətbuatı
A- A+

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Azərbaycan Qran Prisi çərçivəsində ikinci sərbəst yürüşdə ən yaxşı nəticə göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  onun nəticəsi 1:43.362 olub. M.Ferstappen ilk sərbəst yürüşdə də ən yaxşı nəticəni göstərib - 1:44.410.

İkinci nəticəni "Mercedes"in pilotu Valtteri Bottas - 1:43.462, üçüncü nəticəni isə "Red Bull" komandasının növbəti pilotu Daniel Rikardo göstərib - 1:43.473.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR