Daha bir şəxs "Space"dən getdi

Daha bir şəxs "Space"dən getdi
19:47 23 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

"Space" telekanalının "Hər gün" İnformasiya proqramının müxbiri Famil Fərhadoğlu işdən ayrılıb.

Sosial şəbəkədə bununla bağlı paylaşımında F.Fərhadoğlu öz ərizəsi ilə işindən ayrıldığını yazıb.

"Öz ərizəmlə 5 ildir ki, çalışdığım "Space" televiziyasından ayrıldım. O kanalda olan yaxşı insanlara öz təşəkkürümü bildirirəm. "Space" mənə yeni əlaqələr və çoxlu dostluqlar qazandırdı. Səbəbə gəlincə çox söz deməyə haqqım çatır. Sadəcə, susuram. Çünki mən əqidəli insanam. Əqidəli insanlar da çörək yediyi qaba tüpürmürlər".

Qeyd edək ki, bir müddət əvvəl "Hər gün" informasiya proqramının baş redaktoru Elman Gədiklini tutduğu vəzifədən azad edilib./publika.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR