İran Dağlıq Qarabağa keçmək istəyən 8 PKK terrorçusunu
tutub. Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 8 min muzdlu əfqan
döyüşçü İslam dinindən imtina edib. Ukrayna parlamenti prezident
Pyotr Poroşenkonun impiçmentinə çalışır. Səudiyyə Ərəbistanı,
Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyunun 5-dən
diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik
tələbnamə irəli sürüblər. Rusiya İŞİD mövqelərinə “Kalibr”
raketləri ilə zərbələr endirib. ABŞ-ın “Vaşinqton Post” qəzeti
sensasiyalı araşdırma dərc edib.
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi
zonasında yaranmış gərginlikdən narahatlığını dilə
gətirdi. Bəyanatda bildirilir ki, sülh danışıqlarının
alternativi yoxdur və münaqişənin nizama salınması Helsinki Yekun
Aktı çərçivəsində ola bilər: güc tətbiq etməmək, ərazi bütövlüyünün
toxunulmazlığı və öz müqəddəratını təyin etmə.
Dövət Departamentinin bu bəyanatı sıradan sözlərdir. Amerika
həmsədr ölkəsi olaraq, gərginliyin azalması haqda çağırış edir və
bu çağırış birinci deyil və güman ki, münaqişə həll olunmadıqca,
sonuncu da olmayacaq. Lakin Dövlət Departlamentinin bu bəyanatı
Ermənistanda narahatlıq yaradıb. Səbəbi isə maraqlıdır.
İrəvanın qorxduğu Qarabağ planı İŞƏ DÜŞDÜ: Tramp geri addım atdı, Putin isə Bakı ilə...
Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 8 min muzdlu
əfqan döyüşçü İslam dinindən imtina edib. Bu barədə
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin
(ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
Azərbaycana qarşı savaşmaq üçün Qarabağa gətirilən əfqanlardan GÖZLƏNİLMƏZ GEDİŞ
“Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı
edilməsindən indiyə qədər ən çox müzakirə edilən məsələlərdən biri
də müharibə vaxtı itkin düşən 4 min azərbaycanlının taleyidir. Bu
rəqəm rəsmi qurumlar tərəfindən təsdiq olunub. Ermənistan tərəfi
bunu nə qədər təkzib etsə də, bu həqiqətdir”. Bu
barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin
(ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
G.Gülbey azərbaycanlı əsirlərin Ermənistanda mədənlərdə
işlədildiyi faktını yenidən gündəmə gətirib.
Ermənistanda azərbaycanlı əsirlərin başına gətirilən DƏHŞƏTLƏR - FOTOLAR
İranın təhlükəsizlik qüvvələri Cənubi Azərbaycanın
Xudafərin ərazisindən işğal altındakı Dağlıq Qarabağa keçmək
istəyən PKK-nın 8 terrorçusunu tutub. Terrorçuların
üzərində külli miqdara silah-sursat olub. Xudafərinin İbrahim Səmi
kəndi ətrafında tutulan terrorçular Araz çayından Ermənistan
silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ ərazisinə
keçmək və erməni terrorçularına qoşulmaq istəyiblər. Terrorçular
İranın Kəşfiyyat Nazirliyinə (ETELAAT) təhvil verilib.
Avropa İttifaqı Suriyadan Ermənistana köçən
ermənilərə 3 milyon avro ayırmaq haqda qərar verib.
Suriyalı qaçqınlar üçün nəzərdə tutulan 275 milyon avroluq yardım
paketinin tərkibinə daxildir.
Qeyd edək ki, Suriya müharibəsi başlanmamışdan öncə 80 min
erməni yaşayıb. Hazırda onlardan cəmi 10 mini Suriyada qalıb.
Suriyadan qaçan ermənilərin 16 mini isə Ermənistana köçüb. İrəvan
rejimi bu ermənilərin əksəriyyətini işğal etdiyi Azərbaycanın
Dağlıq Qarabağ və digər ərazilərinə yerləşdirib. Bununla bağlı
çoxsaylı faktlar var, həmçinin, rəsmi Bakının etiraz bəyanatından
təkcə Ermənistanın yox, bütün dünyanın xəbəri var.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın dünən
“Habertük” telekanalına açıqlamasında Rusiya ilə Qazaxıstan və
Qırğızıstan hərbiçilərinin Suriyada hərbi əməliyyatlara cəlb
edilməsi haqda müzakirələrin aparıldığını bildirib.
Kalının bu açıqlaması Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına (KTMT) üzv dövlətlərin Suriyadakı əməliyyatlarda
iştirakı məsələsini yenidən gündəmə gətirib. Hansı ki, Moskva bir
müddət öncə belə planının olduğunu açıqlamışdı.
KTMT-nin Suriya əməliyyatlarında iştirakından ən çox narahat
olan ölkə isə Ermənistandır.
Erməni jurnalist Sarkis Artsruni yazır ki, Rusiya Ermənistanı
Suriya müharibəsinə salacaq: “Bunun üçün hazırlıq gedir”.
Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir - FƏLAKƏT SSENARİSİ
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb
Əmirlikləri və Bəhreyn iyun ayından diplomatik münasibətləri
kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli
sürüblər. Böhranın həlli ilə əlaqədar vasitəçi
qismində çıxış edən Küveyt tələbnaməni Qətərə təqdim edib. Qəbul
edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıda İranla diplomatik
münasibətlərin dayandırılması və Türkiyənin Qətərdəki hərbi
iştirakına son qoyulması tələbi də var.
Qətərdən İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi
sahədə əməkdaşlığa son qoyması; "Müsəlman qardaşlar", İŞİD,
"əl-Qaidə" və "Hizbullah" kimi terror təşkilatları ilə əlaqələri
dayandırması, bu təşkilatları rəsmi olaraq terrorçu elan etməsi;
"əl-Cəzirə" və digər media qurumlarını bağlaması da tələb
olunur.
Bütün tələblər 10 gün ərzində qəbul edilməsə, tələbnamə qüvvədən
düşəcək.
Rəsmi Doha ərəb ölkələrinin irəli sürdüyü təkliflərə
ciddi yanaşmalı və məsələnin həllini kənarda
axtarmamalıdır. Bu sözləri BƏƏ Xarici İşlər naziri
Ənvər Qarqaş deyib.
“Qətər anlamalıdır ki, münaqişənin həlli Tehranda, Beyrutda,
Ankarada, Qərb ölkələrində və KİV-ə bəyanat verməkdə deyil. Əgər
ərəb ölkələrinin tələblərinə məhəl qoyulmasa, həqiqi ayrılıq baş
verəcək”, - deyə nazir bildirib.
Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl
provoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey kimi
fəaliyyət göstərən Aya Sofya məbədində keçirilən "Qədr gecəsi"nə
Yunanıstanın Xarici İşlər Nazirliyinin nümayəndələri tərəfindən
kəskin iradlar bildirilib. İnsan haqları mövzusunda
tolerant davranmayan Yunanıstana Türkiyə rəsmiləri tərəfindən cavab
verilib: "Yunanıstanda müsəlman türklərin dini azadlıqları pozulur.
Getdikcə artan təzyiqə məruz qalan müsəlmanlar üçün ibadətə açıq
bir məscid belə yoxdur. Müsəlmanların Ramazan bayramında, tarixi
məscidlərdən birində namaz qılmaq tələblərinə bu il də mənfi cavab
verən Yunanıstanı dinlərarası dialoqa və bütün dinlərə hörmət edən
demokratik bir ölkə olmağa dəvət edirik".
Xatırladaq ki, dünən Yunanıstan Xarici İşlər
Nazirliyi Ayasofyada Quran oxunmasına etiraz edib.
“Biz Ayasofyada Türkiyə Dini İşlər İdarəsi rəhbərinin iştirakı ilə
Quran oxunması və bunun Türkiyə dövlət televiziyasında
yayımlanmasını qınayırıq. Ayasofya YUNESKO dünya mədəniyyət irsinin
bir hissəsi kimi tanınır. Burada Quran oxunmaqla onu məscidə
çevirmək cəhdi beynəlxalq ictimaiyyəti təhqir etmək deməkdir. Bu,
xristianların dini hisləri ilə oynamaqdır”, – deyə bəyanatda yer
alıb.
Qeyd edək ki, Ayasofya 537-ci ildə Bizans imperatoru Yustinianın
əmri ilə tikilib. 1453-cü ildə İstanbulun Osmanlı imperatoru Fateh
II Mehmet tərəfindən ələ keçirilməsindən sonra kilsə məscidə
çevrilib. 1935-ci ildən bu günə qədər Ayasofya müzey olaraq
fəaliyyət göstərir.
Türkiyə uzun illərdən sonra ilk dəfə keçən il burada azan
oxunmasına izn vermişdi. Bu, rəsmi Afinanın kəskin etirazına səbəb
olmuşdu.
Dünən Gürcüstan parlamentində birinci oxunuşda qəbul
edilmiş yeni Konstitusiyaya əsasən, Gürcüstan qəti şəkildə
parlament respublikasına çevriləcək. 2023-cü ildən
artıq prezident ümumxalq səsvermə ilə seçilməyəcək.
Prezident 300 üzvdən ibarət seçicilərin xüsusi kollegiyasında
keçiriləcək səsvermə ilə seçiləcək. Onların 150-si parlamentin
deputatı, qalanı isə yerli hakimiyyət orqanlarının deputatlarından
ibarət olacaq. İkinci əhəmiyyətli fərq ondan ibarətdir ki, 2024-cü
ildən birpalatalı parlamentə seçkiləri artıq qarışıq sistemlə
keçirilməyəcək.
Müxalifət islahatdan narazı qalıb.
“Başqa şans qalmayıb, yalnız…” – Gürcüstanda radikal ssenari İŞƏ DÜŞDÜ
“ABŞ Yaxın Şərqdə Səudiyyə Ərəbistanını
dəstəkləyərək regional güc balansını pozur”. Bunu
İranın Nüvə enerjisi üzrə təşkilatının rəhbəri Əli Əkbər Salehi
Böyük Britaniyanın “Guardian” qəzeti üçün yazdığı məqalədə
bildirib.
Məqalədə qeyd edilir ki, “təhlükəsizlik dilemması” İran və qərb
ölkələri arasında nüvə sazişinin icrası yolunda əsas maneədir.
İrana qarşı ərəb-İsrail OXU: Tehrandan QORXUNC XƏBƏRDARLIQ
Əgər Çinin Şimali Koreyanın nüvə proqramı ilə bağlı
səyləri uğursuz olsa, ABŞ burada savaşa başlayacaq.
Bunu Astanada keçirilən Avrasiya forumunda çıxışı zamanı Avropa
Komissiyasının keçmiş rəhbəri Joze Manuel Barrozu söyləyib.
“ABŞ hazırda Çinə böyük təzyiqlər edir. Məncə, artıq Pekin də bu
təyziqlərin blef olmadığını anlayıb. Əgər Çin bu problemi həll
etməsə, ABŞ Şimali Koreyaya girəcək”, – deyə o bildirib.
Xatırladaq ki, Şimali Koreya dünən qitələrarası ballistik raket
üçün yeni mühərriki sınaqdan keçirib.
ABŞ-ın “Vaşinqton Post” qəzeti sensasiyalı araşdırma
dərc edib. Nəşrin yazdığına görə, keçmiş prezident
Barak Obama ötən il Rusiya üçün hazırlanan “rəqəmli bomba” planını
bəyənib.
Qeyd edilir ki, söhbət Rusiya infrastrukturunda yerləşdirilməsi
planlaşdırıan kibersilahdan gedir. “Vaşinqton Post” bu silahı
“bombanın rəqəmli ekvivalenti” adlandırıb. “Rəqəmli bomba”dan
Birləşmiş Ştatlar və Rusiya arasındakı münasibətlərin gərginləşməsi
halında istifadə edilə bilər.
Kremlə verilən FİNAL XƏBƏRDARLIĞI: Rusiya dəhşətli silahla İFLİC EDİLƏCƏK
Ukraynanın parlament bir sıra fraksiyaları, o
cümlədən keçmiş baş nazir Yuliya Timoşenkonun rəhbəri olduğu
“Batkivşina” Partiyası prezidentin impiçmentinin prosedurunu tətbiq
etmək niyyətindədir. Müvafiq qanun layihəsi artıq Ali
Radaya təqdim edilib və ona yaxın vaxtlarda baxılacaq.
Qanun layihəsinin qəbulu üçün 230 səs lazımdır. Bundan sonra isə
o prezident Pyotr Poroşenko tərəfindən imzalanmalıdır. Qanun
layihəsinin prezidentin imzası olmadan qüvvəyə minməsi üçün isə 300
səs (Ukrayna parlamenti 450 yerlikdir –red.) lazımdır.
Rusiya İŞİD mövqelərinə “Kalibr” raketləri ilə
zərbələr endirib. Rusiya Müdafiə Nazirliyi yayıb.
Nazirlik İŞİD mövqelərinə 6 raketin buraxıldığını bildirib.
Raketlər Aralıq dənizindəki “Admiral Essen”, “Admiral
Qriqoroviç” gəmiləri və “Krasnodar” sualtı qayığından
buraxılıb.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/203764.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)