Azərbaycanla Aİ ölkələri arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Aİ ölkələri arasında ticarət dövriyyəsi artıb
20:07 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 4,3% artaraq bu ilin yanvar-may aylarında 2 736,6 mln. ABŞ dollarına çatıb.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu müddətdə Aİ-yə ixrac 20,9% artaraq 2 076,2 mln. dollar, Aİ-dən idxal isə 27,2% azalaraq 660,35 mln. dollar təşkil edib. Beləliklə, Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu 74,6% artaraq 1 415,9 mln. dollara yüksəlib.
Üç ay ərzində Azərbaycanın cəmi ixracının 46,7%-i, idxalının isə 23,4%-i Aİ ölkələrinin payına düşüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-ai-olkeleri-arasinda-ticaret-dovriyyesi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR