Avstraliya iqtisadiyyatı 26 ildir dayanmadan böyüyür

Avstraliya iqtisadiyyatı 26 ildir dayanmadan böyüyür
20:27 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Avstraliya iqtisadiyyatı 26 ardıcıl ildir iqtisadi tənəzzülə uğramadan inkişaf edir. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ötən il 2,4%-lik iqtisadi artıma imza atan bu ölkə tənəzzülsüz inkişaf dövrünün uzunluğuna görə yalnız Hollandiyadan geri qalırdı. 
Bu ilin ilk rübündə isə Avstraliyada ümumi daxili məhsul 1,7% artıb və ölkə bunun nəticəsində Hollandiyanın əldə etdiyi göstəriciyə çatıb. 
Qeyd edək ki, Hollandiya 1992-2008-ci illərdə 26 il ardıcıl iqtisadi artıma nail olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/avstraliya-iqtisadiyyati-26-ildir-dayanmadan-boyuyur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR