Dərisi qatlanan, qorxulu xəstəliyi olan qadın: "Model olmaq istəyirəm" - FOTO

Dərisi qatlanan, qorxulu xəstəliyi olan qadın:  "Model olmaq istəyirəm" - FOTO
20:57 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

26 yaşlı Sara Qyurts dünyanın ən nadir, qəribə xəstəliklərindən birinə mübtəladır. Onun dərisi əzələ həcmindən artıq olduğundan sallanır, qatlanır. Buna rəğmən, Sara model olmaq niyyətindədir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, ABŞ-ın Minnesota ştatındakı Minneapolis şəhərində yaşayan 26 yaşlı Sara Qyurts Eler-Danlos dermatoparaksis sindromu (Dermatosparaxis Ehlers-Danlos syndrome) xəstəsidir. Bu sindromlu insanlarda xəstəlik orqanizmin hər geninə, molekuluna sirayət edir. Saçlar tökülür, oynaqlar və sümüklər kövrəkləşir.

Xəstəlik səbəbindən Sara yaşından xeyli qoca görünür.

"Moda biznesində olan gözəllik standartlarına meydan oxumaq, model olmaq istəyirəm. Bu arzumu gerçəkləşdirmək üçün bütün qüvvəmi və imkanlarımı səfərbər etmişəm", - Sara deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR