"Bizim küçə"nin Sarası: "O sillədən sonra şok oldum, ürəyim getdi" - FOTO

"Bizim küçə"nin Sarası: "O sillədən sonra şok oldum, ürəyim getdi" - FOTO
21:17 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Bizim küçə" filmindəki Gözəlova Sara rolunun ifaçısı Rima Məmmədova hazırda Xoreoqrafiya məktəbində çalışır. Bugünkü fəaliyyəti haqqında Milli.Az-a açıqlama verən aktrisa filmlə bağlı xatirələrini də bizimlə bölüşüb:

"Mən hal-hazırda həm Milli Konservatoriyada, həm də Xoreoqrafiya məktəbində çalışıram. Tələbələrlə işləmək mənim üçün çox maraqlıdır. Onlar məni həvəslə dinləyirlər. Öz işimi çox sevirəm. Demək olar ki, tələbələrimlə hər il bir ölkəyə səfərə gedirik. Hazırda aktrisa kimi heç bir filmdə çəkilmirəm. "Bizim küçə" mənim çəkildiyim sonuncu filmlərdən biri oldu. Burada böyük bir kollektiv işləyirdi. Biz 3 ay Qara dənizdə qalmışdıq. Mənə kollektivdə çox böyük hörmət var idi. Həmişə deyirdilər ki, ən yaxşı otağı Rima xanıma verin. Çox böyük çətinlik çəksək də gülə-gülə yaşayırdıq. Filmdə belə bir səhnə var ki, alman qadın məndən anamın sırğalarını alanda mənə bir sillə vurur. O silləni mənə vuranda şok oldum, ürəyim getdi yıxıldım. Sonradan ayağa qalxıb rolumu oynamağa davam etdim. Təbii ki, o qadına qarşı ürəyimdə bir nifrət də yaranmışdı" (gülür).

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/555936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR