Avro-2017: Boksçumuz ½ finala çıxdı

Avro-2017: Boksçumuz ½  finala çıxdı
21:39 23 İyun 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatı davam edir.

 

Apasport.az saytının məlumatına görə, yarımfinalda mübarizə aparan yeganə təmsilçimiz Kamran Şahsuvarlı bu gün rinqə çıxıb.

 

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız macarıstanlı Adam Harcla qarşılaşıb. Görüşü qələbə ilə başa vuran Kamran finala yüksəlib.

 

Boksçumuzun finaldakı rəqibi ukraynalı Aleksandr Xijnyak olacaq.

 

Qeyd edək ki, yarışa 10 boksçu ilə qatılan millimizin 5 üzvü 1/4 finala yüksəlməyi bacararaq dünya çempionatında yarışmağa haqq qazanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR