Azərbaycan boksçusu Kamran Şahsuvarlı finala vəsiqə qazanıb

Azərbaycan boksçusu Kamran Şahsuvarlı finala vəsiqə qazanıb
21:47 23 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempiontında yarımfinal görüşləri başa çatıb. 
"Report" xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb.
75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Harcsanı 4:1 hesabı ilə məğlub edib.
Şahsuvarlı sabah baş tutacaq finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/kamran-sahsuvarli-finala-vesiqe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR